Reklam resmi
Reklam resmi

Xəzər sahilində daha 71 ölü suiti aşkarlandı

Xəzər sahilində daha 71 ölü suiti aşkarlandı
Cəmiyyət

Qazaxıstanın Manqistau vilayətində Kulalı adasının sahilində 71 ölü suiti aşkar edilib.

Ajans.az xəbər verir ki, bu barədə vilayətin Ekologiya Departamenti məlumat yayıb.

Bildirilib ki, noyabrın 8-də Ekologiya Departamentinin laboratoriya-analitik nəzarət şöbəsinin mütəxəssisləri, Balıq Təsərrüfatı Müfəttişliyi İdarəsinin və Hidrobiologiya və Ekologiya İnstitutunun əməkdaşları ilə birgə ərazidə ekoloji monitorinq aparıblar.

Monitorinq zamanı suitilərin cəsədlərinin aşkarlanması ilə əlaqədar dəniz suyundan nümunələr götürülüb.

Qeyd edək ki, bir müddət əvvəl Manqistau vilayətinin Tupkaraqan rayonunda da Xəzər sahilində yüzdən çox suiti ölüsü tapılmışdı.

Mövzular:
Qazaxıstanın Manqistau vilayəti Ölü suitilər

Digər Xəbərlər