Reklam resmi
Reklam resmi

Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşdü

Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşdü
Cəmiyyət

Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb.

Ajans.az xəbər verir ki, DİN-in Quba regional qrupundan məlumat verilib. Rayon sakini, 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Siyəzən RPŞ-nin “+994 23 304 02 21”, “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.

Mövzular:
Siyəzən itkin düşün yeniyetmə

Digər Xəbərlər