Reklam resmi
Reklam resmi

Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini Azərbaycana səfərə gəlib
Gündəm

Noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktum Azərbaycan Respublikasına səfərə gəlib.

Ajans.az AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.

Mövzular:
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan

Digər Xəbərlər