Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyə Cümhuriyyətinin Milli Müdafiə Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Ajans.az xəbər verir ki, Mülki Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə səhifəsində Zəfər Günü münasibətilə bu sözlər yazılıb:
"Salam olsun sənə, qardaş Azərbaycan!
8 Noyabr - Qələbə Gününüz mübarək!
Bu gün bizim qəhrəman komandolarımız mərdlik və qardaşlıq sədaları altında Bakı küçələrində addımlayacaqlar, Azərbaycanda türk qardaşlarımızı qürurla salamlayacaqlar.
Hərbi Hava Qüvvələrimizin döyüş təyyarəsi Bakı səmasında aypara-ulduzun qüdrətini nümayiş etdirəcək, əbədi qardaşlığımızı bütün dünyaya bəyan edəcək".
Selam olsun sana, kardeş Azerbaycan! 8 Kasım Zafer Günü'n kutlu olsun! Bugün kahraman komandolarımız, Bakü sokaklarını cesaretin ve kardeşliğin sesiyle inletecek; Azerbaycan Türk'ü kardeşlerimizi gururla selamlayacak. Hava Kuvvetlerimizin muharip uçakları da Ay Yıldız’ın… pic.twitter.com/N78OsYsfPt
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 8, 2025