Nobel mükafatı laureatı alim vəfat etdi
Nobel mükafatı laureatı, amerikalı alim Ceyms Uotson 97 yaşında vəfat edib.
Ajans.az bu barədə BBC-yə istinadən xəbər verir.
O, 1953-cü ildə DNT-nin ikiqat spiral quruluşunu kəşf edib. Bu kəşf DNT-nin genetik məlumatı necə təkrarladığını və daşıdığını izah etməyə kömək etdi və molekulyar biologiyada sürətli irəliləyişlər üçün zəmin yaratdı.
Uotson 1962-ci ildə DNT-nin ikiqat spiral quruluşunun kəşfinə görə Nobel mükafatını Mauris Vilkins və Fransis Krik ilə bölüşüb.