Reklam resmi
Reklam resmi

DOST Agentliyində yeni TƏYİNAT

DOST Agentliyində yeni TƏYİNAT
Cəmiyyət

DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib.

Ajans.az xəbər verir ki, bu barədə DOST agentliyi məlumat yayıb.

Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsində çalışıb.

Digər əmrlə Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

Mövzular:
DOST agentlik təyinat

Digər Xəbərlər