Biləsuvarda qadın sobanın üzərinə YIXILARAQ ÖLDÜ
Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq ölüb.
Ajans.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbəsində baş verib.
Belə ki, Məkurə Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətəri alaraq ölüb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
Mövzular: