Reklam resmi
Reklam resmi

Kimya zavodunda PARTLAYIŞ: Havaya zəhərli maddələr buraxılıb - Bu ölkədə

Kimya zavodunda PARTLAYIŞ: Havaya zəhərli maddələr buraxılıb - Bu ölkədə
Dünya

ABŞ-ın Missisipi ştatında yerləşən kimya zavodunda güclü partlayış baş verib, nəticədə havaya zəhərli kimyəvi maddələr yayılıb.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, müəssisə ammonyak və digər kimyəvi maddələrin istehsalında ixtisaslaşıb. Partlayışdan sonra yerli hakimiyyət orqanları yaxınlıqdakı yaşayış məntəqələrində sakinlərin təxliyəsinə başlayıblar. Ərazidə qalanlara evlərini tərk etməmək və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.

Amerika Qırmızı Xaç Cəmiyyəti zərərçəkənlərə yardım göstərmək üçün xüsusi cavab mərkəzi yaradıb. Bildirilir ki, fövqəladə xidmətlər hadisə yerində hava keyfiyyətini izləyir və təhlükəli səviyyədə çirklənmə riski ilə bağlı monitorinq aparır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ kimya zavodu zəhərli maddələr Qırmızı Xaç Cəmiyyəti

Digər Xəbərlər