Reklam resmi
Reklam resmi

Dəhşətli QƏZA - Xəsarət alanlar var

Dəhşətli  QƏZA - Xəsarət alanlar var
Hadisə

Sumqayıtda avtomobillər toqquşub.

Ajans.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Zeynalov Nəriman Bəhruz oğlunun idarə etdiyi "Chevrolet" markalı avtomobil 1989-cu il təvəllüdlü Nəzərov Əskər Tahir oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Chevrolet"də olan sərnişinlər; – 1968-ci il təvəllüdlü Zeynalova Kəmalə Vəliş qızı və 1977-ci il təvəllüdlü Həşimova Günəş Tahir qızı, eləcə də "VAZ-2107"nin sürücüsü Nəzərov Əskər Tahir oğlu və sərnişini, 1990-cı il təvəllüdlü Nəzərova Könül Elxan qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Mövzular:
Sumqayıt qəza nəqliyyat

Digər Xəbərlər