Reklam resmi
Reklam resmi

Hollivudu 400 milyon dollarlıq məhkəmə iddiasında şok nəticə

Hollivudu 400 milyon dollarlıq məhkəmə iddiasında şok nəticə
Şou Biznes

Hollivud aktyoru və rejissoru Castin Baldoni, həmkarı Bleyk Layvli və əri Rayan Reynoldsa qarşı açdığı milyonlarla dollarlıq məhkəmə iddiasında məğlub olub.

Ajans.az xəbər verir ki,iddia Layvlinin Baldonini uyğunsuz və təcavüzkar davranışda ittiham etməsindən sonra irəli sürülüb. Baldoni bu iddiaların karyerasına zərər verdiyini və təxminən 400 milyon dollar təzminat tələb etmişdi.

Məhkəmə işi bağlayaraq Baldoninin apelyasiya şikayəti vermək üçün son tarixi qaçırdığını bildirib, bu isə faktiki olaraq iddianı bitirib.

Baldoninin tərəfi Layvlinin açıqlamalarını “əsassız və nüfuzdan salan” hesab edirdi, lakin məhkəmə Layvlinin sözlərinin “şəxsi təcrübəyə əsaslanan fikir” kimi qiymətləndirilə biləcəyinə qərar verib. Nəticədə Baldoni həm Layvli, həm də Reynoldsa qarşı heç bir kompensasiya ala bilməyəcək.

Məlumata görə, hər üç şəxs ötən il eyni layihədə iştirak etdikdən sonra aralarındakı gərginlik mediada gündəmə gəlmişdi. Layvli, mətbuatda yayılan iddialara görə, Baldoninin çəkiliş meydançasında sərhədləri aşan davranış nümayiş etdirdiyini iddia etmişdi.

Bu məhkəmə işi Hollivudda çəkiliş meydançasında etik davranış və peşəkarlıqla bağlı son zamanlar artan müzakirələrin yeni nümunəsi kimi qiymətləndirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Castin Baldoni Bleyk Layvli Rayan Reynolds

Digər Xəbərlər