Reklam resmi
Reklam resmi

Xəzər sahilində 100-dən çox ölü suiti tapılıb

Xəzər sahilində 100-dən çox ölü suiti tapılıb
Cəmiyyət

Qazaxıstanın Manqistau vilayətində Ekologiya Departamentinin əməkdaşları Xəzər dənizinin sahilində 112 ölü Xəzər suitisi aşkar ediblər.

Ajans.az xəbər verir ki,bu barədə məlumat departament tərəfindən verilib.

Tüpqarağan rayonunun Asan kəndindən Bautino burnuna qədər olan sahil xəttində aparılan monitorinq zamanı 112 suiti cəsədi tapılıb.

Hadisənin səbəblərini müəyyən etmək üçün mütəxəssislər dəniz suyundan nümunələr götürüblər və laborator tədqiqatlar aparılır.

Qeyd edək ki, Xəzər suitisi Qırmızı kitaba daxil edilib və Xəzər dənizində yaşayan yeganə məməlidir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Qazaxıstan Xəzər

Digər Xəbərlər