Reklam resmi
Reklam resmi

Danimarka Ukraynanın mədəni irsinin bərpası üçün 1,3 milyon avro ayıracaq

Danimarka Ukraynanın mədəni irsinin bərpası üçün 1,3 milyon avro ayıracaq
Dünya

Danimarka hökuməti Ukrayna Mədəni İrsi Fonduna 1,3 milyon avro vəsait ayırmağı planlaşdırır.

Ajans.az xəbər verir ki,bu barədə Krallığın Avropa İttifaqı Şurasına Sədrliyinin saytında mətbuat açıqlamasında bildirilib.

Vəsaitlər Ukraynadakı binaların, abidələrin və muzeylərin bərpası üçün istifadə olunacaq. Maliyyələşdirmə yalnız Danimarka Parlamenti tərəfindən təsdiqləndikdən sonra ayrılacaq.

3 noyabrda Kopenhagendə AB mədəniyyət nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Görüşdə Ukraynadan nümayəndələr də iştirak edəcək. Bəyanatda qeyd olunur: “Görüşün məqsədi digər ölkələri Danimarkanın nümunəsini izləməyə təşviq etməkdir.”

2022-ci ilin fevralından bəri Danimarka Kiyevə təxminən 9 milyard avro hərbi yardım və təxminən 927 milyon avro mülki yardım göstərib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Danimarka Ukrayna

Digər Xəbərlər