Reklam resmi
Reklam resmi

Milli Məclisdə yeni təyinatlar OLUB

Milli Məclisdə yeni təyinatlar OLUB
Cəmiyyət

Milli Məclisdə kadr dəyişikliyi həyata keçirilib. Qurumda iki yeni sektor müdiri təyin olunub.

Ajans.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin rəsmi internet səhifəsində qeyd edilib.

Cahid Yusif oğlu Məmmədov Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri vəzifəsinə, Ramin Ramiz oğlu Cəlilov isə Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsinə təyin edilib.

Yeni təyinatlarla bağlı müvafiq əmr imzalanıb.

Fotoda Cahid Məmmədov:

Fotoda Ramin Cəlilov:

Mövzular:
Milli Məclis təyinatlar

Digər Xəbərlər