Reklam resmi
Reklam resmi

P-Diddi həbsdən ilk görüntüləri- FOTO

P-Diddi həbsdən ilk görüntüləri- FOTO
Şou Biznes

Reper və prodüser Şon “Diddi” Kombs ötən ilin sentyabr ayında həbs olunandan sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib.

Ajans.az xəbər verir ki, TMZ portalının yaydığı fotolarda “It’s All About the Benjamins” hitinin müəllifi Nyu-Cersi ştatındakı FCI Fort Diks həbsxanasının həyətində gəzərkən əks olunub.

Məlumata görə, Kombs 50 dərəcə isti havada istirahət vaxtını açıq havada keçirdiyi zaman narıncı rəngli həbsxana şalvarı və tünd göy gödəkçə geyinmiş vəziyyətdə görüntülənib.

Fotolarda, həmçinin, reperin bozarmış saç və saqqal ilə tanınmaz halda olduğu diqqət çəkib.

author picture
Leyla Bayandurlu
Mövzular:
P-Diddi ABŞ

Digər Xəbərlər