Reklam resmi
Reklam resmi

Bakı Metrosunda yeni ÜSUL

Bakı Metrosunda yeni ÜSUL
Cəmiyyət
338

Artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş etmək mümkündür.

Bu haqda Ajans.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq.

Həmçinin qeyd olunub ki, sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlanmaq mümkündür.

Mövzular:
Bakı Metrosu Yenilik

Digər Xəbərlər