Reklam resmi
Reklam resmi

Samirə Kazımovaya vəzifə VERİLDİ

Samirə Kazımovaya vəzifə VERİLDİ
Cəmiyyət
418

Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı həyata keçirilib. Bu vəzifəyə Samirə Kazımova təyin olunub.

Ajans.az-ın əldə etdiyi məlumata görə, Samirə Kazımova bundan əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Kür qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanası Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarını əhatə edən 2 şəhər və 9 rayon üzrə vətəndaşlara ixtisaslaşmış tibbi xidmət göstərir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanası Samirə Kazımova Vəzifə

Digər Xəbərlər