Reklam resmi
Reklam resmi

Bərdə küçələri QARANLIQDA- sakinlərdən ETİRAZ

Bərdə küçələri QARANLIQDA- sakinlərdən ETİRAZ
Cəmiyyət

Bərdədə məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı yaşayış kompleksində işıqlandırma problemi narazılıq yaradıb.

Sakinlərin Ajans.az-a bildirdiyi sözlərə görə, 588 və  866 nömrəli qəsəbənin  ərazisində və avtomobil yolunda quraşdırılmış gecə işıqları uzun müddətdir ki, işlək vəziyyətdə deyil. Nəticədə, axşam saatlarında ərazidə tam qaranlıq yaranır, bu isə həm gediş-gəlişdə, həm də təhlükəsizlik baxımından çətinliklər törədir.

Məcburi köçkünlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həllini tapmayıb.

Sakinlər işıqlandırma sisteminin bərpasını və kompleks ərazisində təhlükəsizliyin təmin edilməsini xahiş edirlər.

Hazırda məsələ ilə bağlı müvafiq qurumların mövqeyi öyrənilir.

Qeyd edək ki, hər iki kompleks ərazisində 1000 dən artıq keçmiş məcburi köçkün ailəsi məskunlaşıb.

author picture
Zərif Sofiyeva
Mövzular:
Bərdə etiraz

Digər Xəbərlər