Lukaşenko Belarusun müharibəyə mümkün iştirakı ilə bağlı açıqlama verdi
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə qarışmayacağını bildirib.
Ajans.az xəbər verir ki,bu barədə BelTA məlumat yayıb.
Prezident deyib:
“Sizə söz verirəm ki, biz döyüşmək istəmirik, əgər bizi rahat buraxsalar, bu müharibəyə qarışmayacağıq. Bu, məhz prezidentin və hökumətin əsas vəzifəsidir.”
Onun sözlərinə görə, hazırda dünyada 50-dən çox münaqişə mövcuddur və Minsk başqa bir münaqişəyə qarışmaq istəmir. Lukaşenko həmçinin vurğulayıb ki, Belarus bu dövrü dözməlidir və ölkədə tələbata cavab verən istehsal sahələri inkişaf edir.
Mövzular: