Reklam resmi
Reklam resmi

Bərdə sakinlərindən NARAZILIQ…

Bərdə  sakinlərindən NARAZILIQ…
Cəmiyyət

Bərdə rayon sakini Taleh Rüstəmov Zöhrabbəyov küçəsində piyada zolağının olmamasından narazılığını Ajans.az-a bildirib. 

Onun sözlərinə görə, küçədə yol nişanı olsa da, piyada zolağının olmaması həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradır. 

Rayon sakini qeyd edib ki, ərazidən hər gün məktəbli uşaqlar istifadə edir və sürətlə hərəkət edən avtomobillər onların həyatını risk altına salır.

Məsələ ilə bağlı yerli sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günə qədər heç bir tədbir görülməyib.

Hazırda sakinlər problemin tezliklə həll ediləcəyinə ümid edir və küçədə piyada zolağının çəkilməsini tələb edirlər.

author picture
Zərif Sofiyeva
Mövzular:
Bərdə piyada zolağları narazılığ

Digər Xəbərlər