Reklam resmi
Reklam resmi

Bu marşrutun hərəkət sxemi dəyişdirilir

Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət

Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Ajans.az-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

"Sərnişin axını nəzərə alınaraq noyabrın 1-dən 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirəcək. Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsidir.

Marşrut üzrə müasir və ekoloji təmiz avtobusların sayı sərnişin təlabatına uyğun olaraq artırılacaq. Beləliklə, marşrut xəttində 21 avtobus 8-9 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçirilir. Gedişhaqqı 0.80 AZN təşkil edir", - deyə məlumatda qeyd olunub.

Mövzular:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “20 Yanvar” Sumqayıt şəhəri 503 nömrəli marşrut

Digər Xəbərlər