Reklam resmi
Reklam resmi

Şəhid abidəsinə qarşı hörmətsizlik- HƏBS EDİLDİ

Şəhid abidəsinə qarşı hörmətsizlik- HƏBS EDİLDİ
Cəmiyyət
326

Göyçay rayonunda şəhid abidəsinə qarşı hörmətsizlik edən şəxs saxlanılıb.

Ajans.az xəbər verir ki, rayon sakinlərinin verdiyi məlumata görə, hadisə Göyçay şəhərinin Natəvan küçəsində yerləşən şəhid bulağında baş verib. Naməlum şəxs abidənin ərazisindəki işıq lampalarını sındırıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən dərhal tədbirlər görülüb və hadisəni törədən  şəxs müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxs barəsində toplanan materiallar Göyçay Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Şəhid hörmətsizlik abidə

Digər Xəbərlər