Reklam resmi
Reklam resmi

Ermənistan bu ölkəyə hərbi attaşe TƏYİN EDƏCƏK

Ermənistan bu ölkəyə hərbi attaşe TƏYİN EDƏCƏK
Dünya

Ermənistan Kiprə hərbi attaşe təyin etməyi planlaşdırır.

Ajans.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin iclasında qəbul edilib.

Bu vəzifə Ermənistanın Yunanıstandakı hərbi attaşesi vəzifəsi ilə birləşdiriləcək və onun səlahiyyətləri Müdafiə və Xarici İşlər nazirlikləri tərəfindən birgə tənzimlənəcək.

Qeyd olunur ki, attaşe hərbi-siyasi və hərbi-texniki əlaqələrin möhkəmləndirilməsinə, birgə tədbirlərin təşkilinə, həmçinin Ermənistan silahlı qüvvələrinin beynəlxalq sülhməramlı təşəbbüslərdə təmsil olunmasına kömək edəcək.

Mövzular:
Ermənistan Kipr Hərbi attaşe

Digər Xəbərlər