Reklam resmi
Reklam resmi

Xərçəngin təhlükəli növü: XANIMLAR BUNU BİLMƏLİDİR

Xərçəngin təhlükəli növü: XANIMLAR BUNU BİLMƏLİDİR
Sağlamlıq
350

MTV kanalında psixoloq Ülviyyə Murtuzovanın təqdimatında “Sənin Seçimin” verilişinin növbəti buraxılışı yayımlanıb.

Ajans.az xəbər verir ki, verilişin budəfəki mövzusu uşaqlıq boynu xərçəngidir. 

Verilişdə mövzu ilə bağlı qonaq qismində Milli Onkologiya Mərkəzinin Ginekoloq-onkoloqu Turan Nadirova iştirak edib. 

Turan Nadirova ilk olaraq Onkoginekologiya haqqında məlumat verib. O bildirib ki, bu sahədə təkcə xərçəng yox, həm də onu yarada biləcək xəstəliklər araşdırılır. Qadın orqanları dedikdə uşaqlıq boynu, uşaqlıq, yumurtalıqlar, uşaqlıq yolu, borular - bunlar hamısı uşaqlıq orqanlarına aiddir. 

O bildirib ki, hər bir xərçəng xəstəliyi yaranmadan öncə xərçəng önü xəstəlik yaranır. Yəni, hər xəstəlikdən öncəki durumu araşdırsaq daha yaxşı olar. Adi yumurtalığın bəsit kistindən belə yumurtalıq xərçənginin ən ağır növünə rast gəlinir. Buna görə də xanımlar ildə 1-2 dəfə müayinəyə getməlidirlər. 

Daha ətraflı videoda:

Посмотреть эту публикацию в Instagram

Публикация от Ajans.az (@ajans.az)

Mövzular:
Ülviyyə Murtuzova “Sənin Seçimin” Milli Onkologiya Mərkəzi Turan Nadirova Uşaqlıq boynu xərçəngi

Digər Xəbərlər