Reklam resmi
Reklam resmi

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət

Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ajans.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat verib.

Bildirilib ki, "Əhmədli" qaz kəməri üzərində klapanın quraşdırılması işləri ilə əlaqədar oktyabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Y.Eyvazov, C.Qurbanov, V.Quliyev, F.Kərimzadə, Ə.Mehmalıyev, Z.Şərifov, R.Alıcanov, M.Fətəliyev, Q.Vəliyev, Şadlinski, Y.Əliyev, Neftçi, K.İsmayılov, E.Bəkirli (bir hissəsi), Vağzal, Gənclər, Hacinski küçələrinin və 40-42-50/60, 40-48-ci kvartallarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mövzular:
qaz kəsinti azəriqaz

Digər Xəbərlər