Reklam resmi
Reklam resmi

Bərdədə ağır qəza - 2 nəfər ÖLDÜ

Bərdədə ağır qəza - 2 nəfər ÖLDÜ
Hadisə

Bərdədə iki avtomobil toqquşub.

Ajans.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bərdə rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BA3" markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobillərdə sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mövzular:
nəqliyyat hadisə ölənlər sürücülər DİN

Digər Xəbərlər