Reklam resmi
Reklam resmi

Bu şəxslərin əməkhaqları ARTIRILDI - QƏRAR

Bu şəxslərin əməkhaqları ARTIRILDI - QƏRAR
İqtisadiyyat
622

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılıb.

Ajans.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək:

baş həkim – 3,0 dəfə; baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə; baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə; təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə. Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsindən irəli gələn məsələləri həll etməlidir.

Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.

Mövzular:
körpələr evi əməkhaqqı artım qərar

Digər Xəbərlər