İranda futbol qalmaqalı: Kapitan öz qapıçısına hücum etdi
İran futbolunda görünməmiş zorakılıq hadisəsi yaşanıb.“Damaş Gilan” və “Nassaji Mazandaran” komandaları arasında baş tutan matç “Damaş”ın 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Lakin oyunun sonunda məğlub komandanın kapitanı emosiyalarına hakim ola bilməyərək gözlənilməz hərəkət edib – o, meydana daxil olaraq öz qapıçısını təpiklə vurub.
Ajans.az xəbər verir ki,bu barədə məlumatı “Azad İran” Telegram kanalı yayıb.
Hadisə yüzlərlə azarkeşin gözü qarşısında baş verib və stadion kameraları tərəfindən lentə alınıb. Videoda kapitanın qışqıraraq qapıçısına “Əgər qapıçı ola bilmirsənsə, meydanı tərk et! Mən özüm qapıda dayanacağam!” — dediyi eşidilir.
Stadionun təhlükəsizlik xidmətinin müdaxilə etməməsi futbol ictimaiyyətində ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra istifadəçilər təşkilatçıları səhlənkarlıqda və oyunçular üçün təhlükəsizlik tədbirlərinin təmin edilməməsində günahlandırıblar.
Mövzular: