Reklam resmi
Reklam resmi

Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi
Cəmiyyət

Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər verir ki, bu barədə sənətçinin oğlu Tural Abdullayev  məlumat verib.

Onun sözlərinə görə, Ş.Haşımova sabah günün birinci yarısı əməliyyat olunacaq:

“Gəncədəki, özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısına kimi əməliyyat olunmalıdır”.

Xatırladaq ki, 68 yaşlı Xalq artistinin 2023-cü ildə də səhhətində problemlər yaranmışdı.

Mövzular:
Xalq artisti Şahnaz Haşımova Tural Abdullayev

Digər Xəbərlər