Kanada ABŞ ilə ticarət danışıqlarını bu şərtlə BƏRPA EDƏCƏK
Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqlarını ölkəsinin buna hazır olduğu zaman bərpa etməyə hazır olduğunu bildirib.
Ajans.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Həmkarlarım amerikalı tərəflərlə konkret sektorlar (polad, alüminium və enerji) üzrə müzakirələr, ətraflı konstruktiv danışıqlar aparıblar", - M.Karni Asiyaya ilk rəsmi səfəri çərçivəsində Ottavadan Malayziyanın Kuala-Lumpur şəhərinə yola düşməzdən əvvəl bildirib.
Mövzular: