Reklam resmi
Reklam resmi

Anar Əsədli HƏBS EDİLDİ

Anar Əsədli HƏBS EDİLDİ
Cəmiyyət
1015

Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli həbs edilib.

Ajans.az  xəbər verir ki, bu barədə "Report"a onun vəkili Hikmət Əliyev məlumat verib.

O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar qəbul edilib:

"Anar Əsədli barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında həbs edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib".

Qeyd edək ki, A.Əsədli dələduzluqda ittiham olunur. O, 2022-ci ildə həbs edilsə də, daha sonra ev dustaqlığına buraxılmışdı və barəsində olan cinayət işinə xitam verilmişdi.

Bu il Baş Prokurorluq tərəfindən onun barəsində olan cinayət işi yenilənib.

Mövzular:
Bakı Ağır Cinayətlər Məhkəməsi Venesuela Anar Əsədli

Digər Xəbərlər