Reklam resmi
Reklam resmi

Elman Nəsirov qız övladına görə ALİMENT ÖDƏMƏYİB- İTTİHAM

Elman Nəsirov qız övladına görə ALİMENT ÖDƏMƏYİB- İTTİHAM
Gündəm
1905

Deputat Elman Nəsirov ilk evliliyindən olan qızına aliment ödəməyib.

Ajans.az-ın əldə etdiyi  məlumata görə, sosial şəbəkədə özünü deputat Elman Nəsirovun birinci həyat yoldaşı kimi təqdim edən qadının videosu müzakirələrə səbəb olub. 

Görüntülərdə deputatın ilk evliliyindən olan qızına aliment ödəmədiyi, xanımını psixatriya xəstəxanasına yatırması ilə  bağlı iddialar ortaya çıxıb. 

Ajans.az məsələni dəqiqləşdirmək üçün deputat Elman Nəsirov ilə əlaqə saxlayıb. 

Elman Nəsirov bildirib ki, bu mövzu ilə bağlı açıqlamaya ehtiyac yoxdur. Çünki həmin insanlar ilə heç bir tanışlıq yoxdur. 

“ Bu mənə qarşı planlanmış bir oyundur.Orada deyilən ifadələr mənasız və əsassızdır. Bunu mənim fəal mövqeyimə ləkə salmaq üçün edirlər. Onu edənlər o qədər acizdirlər ki, günahsız ruhi xəstə olan qadını buna sövq edirlər”- deyə, deputat vurğulayıb.

author picture
Zərif Sofiyeva
Mövzular:
Elman Nəsirov Açıqlama Aliment ilk evlilik

Digər Xəbərlər