Reklam resmi
Reklam resmi

Tanınmış vəkil saxlanıldı

Tanınmış vəkil saxlanıldı
Cəmiyyət

Gəncədə tanınmış vəkil saxlanılıb.

Ajans.az xəbər verir ki, Zabil Qəhrəmanov Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun hansı səbəbdən saxlanılması hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət qərar qəbul edib. Qərara əsasən, Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mövzular:
vəkil gəncə polis

Digər Xəbərlər