Qanunsuz miqrant daşıyan qayıq batdı, yeddi nəfər öldü- TÜRKİYƏ
Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.
Ajans.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsinə dənizdən 7 nəfərin cansız bədəni tapılıb. Sahil Mühafizə Briqadası tərəfindən bir nəfər xilas edilib. Qayıqda olan başqa bir nəfər isə özü üzərək sahilə çıxmağı bacarıb.
Ərazidə axtarış işləri davam etdirilir.
Mövzular: