Reklam resmi
Reklam resmi

Jurnalist Əfqan Sadıqov yenə həbs olundu

Jurnalist Əfqan Sadıqov yenə həbs olundu
Cəmiyyət

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 14 sutkalıq həbs olunub.

Ajans.az xəbər verir ki, bununla bağlı Tiflis şəhər məhkəməsi qərar verib.

O, oktyabrın 18-də Tiflisdə aksiyada yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.

Xatırladaq ki, Əfqan Sadıqov bundan əvvəl Gürcüstanda ötən il avqustun 3-də həbs edilmişdi. Ötən ilin noyabrında Tiflis Şəhər Məhkəməsi Azel TV-nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb. Bu il aprelin 16-da isə məhkəmə onu 5 min lari məbləğində girov qarşılığında azadlığa buraxılıb.( mənbə:apa)

Mövzular:
Əfqan Sadıqov Jurnalist

Digər Xəbərlər