Reklam resmi
Reklam resmi

Tramp: “Putinlə danışıqlar heç yerə getmir”

Tramp: “Putinlə danışıqlar heç yerə getmir”
Dünya

ABŞ hökuməti Rusiyanın Ukraynada sülh sazişi imzalamasına təzyiq göstərmək məqsədilə ölkənin iki ən böyük neft şirkətinə qarşı yeni sanksiyalar elan edib.

Ajans.az xəbər verir ki,yeni sanksiyalar paketi ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşün qeyri-müəyyən müddətə təxirə salınacağını açıqlamasından bir gün sonra təqdim olunub.

“Mən hər dəfə Vladimirlə danışanda yaxşı söhbətlərimiz olur, amma nəticədə onlar heç yerə getmir,” – Tramp bildirib.

Ekspertlər hesab edir ki, bu sanksiyaların Rusiyanın iqtisadiyyatına təsiri məhdud olacaq. Bununla belə, bu addım Trampın xarici siyasətində ciddi dəyişiklik kimi qiymətləndirilir. Daha əvvəl o, Avropa dövlətləri Rusiya neftini almağı dayandırmayınca sanksiya tətbiq etməyəcəyini bildirmişdi. Kreml isə Rusiyanın sanksiyalara qarşı “immunitetə malik” olduğunu bəyan edib.

Tramp administrasiyası sələfi Co Baydenin Ukraynaya tam dəstəyindən sonra ABŞ-ı iki müharibə aparan ölkə arasında daha neytral vasitəçi kimi təqdim etməyə çalışıb. Lakin danışıqlarda irəliləyiş əldə olunmadığı üçün Trampın Kremllə münasibətlərdə getdikcə daha çox narazılıq ifadə etdiyi bildirilir.

Yeni sanksiyalar həm də Ukrayna prezidenti Vladimir Zelenskinin aylardır tələb etdiyi addımdır. O, bu qərarı “ABŞ-dan gələn müsbət siqnal” kimi qiymətləndirib və qeyd edib ki, digər ölkələr də Rusiyaya təzyiqi artırarsa, atəşkəsin əldə olunması real ola bilər.

Çərşənbə günü Tramp Putini “sülhün əldə edilməsində ciddi olmamaqda” ittiham edib və sanksiyaların Moskvanı irəliləyişə məcbur edəcəyinə ümid etdiyini söyləyib: “Sadəcə vaxtın gəldiyini hiss etdim. Uzun müddət gözlədik,” – deyə o bildirib.

Prezident sanksiyalar paketini “böyük” adlandırıb və əlavə edib ki, Rusiya müharibəni dayandırmağa razılaşarsa, bu məhdudiyyətlər qısa müddətdə aradan qaldırıla bilər.

ABŞ-ın maliyyə naziri Skott Bessent də bildirib ki, sanksiyalar “Putinin bu mənasız müharibəni dayandırmaqdan imtina etməsi” səbəbindən zəruridir. Onun sözlərinə görə, zərər çəkən “Rosneft” və “Lukoyl” şirkətləri Kremlin “müharibə maşını”nı maliyyələşdirir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər