Reklam resmi
Reklam resmi

Suriyada Əsəd rejiminə məxsus gizli həbsxana aşkar edilib

Suriyada Əsəd rejiminə məxsus gizli həbsxana aşkar edilib
Dünya

Suriyanın şərqində yerləşən Homs əyalətinin əl-Məhram rayonunda Bəşər Əsəd rejiminə aid olduğu bildirilən gizli yeraltı həbsxana aşkarlanıb.

Ajans.az xəbər verir ki,bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, təxminən on gün əvvəl ərazidə patrul xidməti aparan polis təsadüfən yeraltı sığınacağı aşkar edib. Dəmir qapılarla qorunan bu məxfi həbsxanada döşəklər, yun yorğanlar və müxtəlif işgəncə alətləri – o cümlədən dəyənəklər və kəndirlər tapılıb.

Həbsxanada həmçinin Əsəd rejimini dəstəkləyən silahlı qruplaşmalara aid kitab və broşürlər, eləcə də İranın ali lideri Əli Xamneyinin təsvirləri əks olunan materiallar aşkarlanıb.

Məlumata görə, yeraltı həbsxana təxminən 5 metr dərinlikdə yerləşir və 40 metrlik tunelə birləşir.

Tapıntı beynəlxalq ictimaiyyətin Suriya rejiminin insan haqları pozuntularına dair narahatlıqlarını bir daha gündəmə gətirib. Hazırda ərazidə araşdırmalar davam etdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Suriya Bəşər Əsəd

Digər Xəbərlər