Reklam resmi
Reklam resmi

Karxanalarda istismar qaydaları POZULUB- QURUMDAN AÇIQLAMA

Karxanalarda istismar qaydaları POZULUB- QURUMDAN AÇIQLAMA
Cəmiyyət

Daha əvvəl xəbər verdiyimiz kimi, Bərdə və Tərtər rayonlarında fəaliyyət göstərən bir neçə qum karxanasının fəaliyyəti dayandırılıb.

Bu barədə Ajans az-ın sorğusuna Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Bərdə və Tərtər rayonları ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aparılmış araşdırma zamanı yataqda istismar dərinliyi həddinin aşılması, çay və çayətrafı zonaların hidrogeoloji rejiminin pozulması halları müəyyən edilib. 

Bu səbəbdən sözügedən yatağın ərazisində fəaliyyət göstərən karxanaların 2021-ci ildən fəaliyyəti dayandırılıb. 

Hazırda Bərdə və Tərtər rayonlarının qum-çınqıla olan tələbatı Goranboy, Yevlax, Ağcabədi və Ağdam rayonlarında müvafiq icazə sənədləri əsasında qanunamüvafiq fəaliyyət göstərən karxanalar hesabına təmin edilir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Bərdə və Tərtər rayonları qum karxanası Fəaliyyət ETSN Açıqlama

Digər Xəbərlər