Reklam resmi
Reklam resmi

Məşhur vəkilin evi qarət olundu - FOTOLAR

Məşhur vəkilin evi qarət olundu - FOTOLAR
Cəmiyyət

Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.

Ajans.az xəbər verir ki, bu barədə vəkilin özü məlumat verib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:”Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını  aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”. 

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:”İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.

Mövzular:
Tanınmış vəkil Bəhruz Bayramovun oğurluq

Digər Xəbərlər