Reklam resmi
Reklam resmi

İmamoğlunun məhkəməsində dava oldu - Video

İmamoğlunun məhkəməsində dava oldu - Video
Dünya

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılan sədri Əkrəm İmamoğlu saxta diplom ittihamı ilə bağlı ikinci dəfə hakim qarşısına çıxıb. O, bakalavr diplomunun saxta olması ilə əlaqədar “rəsmi sənədləri saxtalaşdırmaq” maddəsi ilə 2 il 6 aydan 8 il 9 aya qədər azadlıqdan məhrumetmə cəzası tələbiylə mühakimə olunur.

Ajans.az Haber 7-yə istinadən xəbər verir ki,İş üzrə məhkəmə prosesi İstanbul Ədliyyəsində deyil, yer məhdudiyyəti səbəbindən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinin 1 saylı məhkəmə zalında keçirilir. Sentyabrın 12-də keçirilən ilk iclasda ittiham aktı təqdim olunmuş və iş oktyabrın 20-nə təxirə salınmışdı.

İclas öncəsi məhkəmə zalının qarşısında gərgin anlar yaşanıb. Müşahidəçi kimi zal daxilinə girməyə çalışan bir şəxslə jandarma əməkdaşları arasında qarşıdurma baş verib. Daha sonra toplaşan izdiham təhlükəsizlik baryerlərini dağıdaraq zalın qarşısına yürüş edib. Jandarma ilə vətəndaşlar arasında əlbəyaxa insident yaşanıb, nəticədə girişlər müvəqqəti bağlanıb.

Gərginlik səngidikdən sonra məhkəmə dinləməsinin başlanacağı gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Əkrəm İmamoğlu

Digər Xəbərlər