Reklam resmi
Reklam resmi

Təyyarə pis qoxuya görə hava limanına qayıtdı- bu ölkədə...

Təyyarə pis qoxuya görə hava limanına qayıtdı- bu ölkədə...
Dünya

“Delta Air Lines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə hiss olunan kəskin pis qoxu səbəbilə havada dönüş edərək Los-Anceles hava limanına geri qayıdıb.

Ajans.az KUTV telekanalına istinadən xəbər verir ki, təyyarə oktyabrın 18-də Los-Ancelesdən Solt-Leyk Siti şəhərinə uçmalı idi. Göyərtədə 189 sərnişin, iki pilot və dörd bələdçi olub.

Uçuş zamanı ekipaj kabinədə kəskin və narahatedici qoxu hiss edib və təhlükəsizlik məqsədilə uçuşu dayandıraraq hava limanına geri dönmək qərarına gəlib.

“Delta Air Lines” rəsmiləri insidentlə bağlı bildiriblər ki, qoxu sərnişinlərdən birinin gətirdiyi xarab yeməkdən qaynaqlanıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Aviaşirkət insidentə görə bütün sərnişinlərdən üzr istəyib və əlavə araşdırmanın aparıldığını bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Təyyarə ABŞ

Digər Xəbərlər