Reklam resmi
Reklam resmi

“Zelenski Parlamentə gəlsə, onun ayaqlarını sınıdıracam” – Deputat

“Zelenski Parlamentə gəlsə, onun ayaqlarını sınıdıracam” – Deputat
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rumıniya parlamentində çıxış edə bilməz.

Ajans.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Rumıniya üzvü Diana Şoşoaça öz “Facebook” səhifəsində paylaşım edib.

Şoşoaça hədələyərək bildirib:

“Mənim parlamentimə gəlməyə cəsarət etsə, onun ayaqlarını sındıraram!”

O, həmçinin Ukrayna hakimiyyətini bir milyondan çox rumıniyalını təqib etməkdə, onların ana dillərində danışmasına və pravoslav xristianlığa etiqad etmələrinə mane olmaqda ittiham edib.

May ayında isə Şoşoaça vurğulayıb ki, Avropa liderləri təcavüzkar siyasətlərindən əl çəkməli, Brüssel isə müharibənin təbliğatçısı deyil, sülhün müdafiəçisi kimi çıxış etməlidir. Deputat əlavə edib ki, Aİ-yə üzv ölkələrin xalqı müharibə istəmir və Avropa İttifaqının zərərli xarici siyasətinə qarşıdır.

Mövzular:
Zelenski Ukrayna Avropa

Digər Xəbərlər