Reklam resmi
Reklam resmi

İranda "zombi" vulkanı oyanıb

İranda \"zombi\" vulkanı oyanıb
Dünya

İranın cənub-şərqində yerləşən və təxminən 710 min ildir qeyri-aktiv hesab edilən Taftan vulkanı yenidən aktivlik əlamətləri göstərməyə başlayıb.

Ajans.az xəbər verir ki,bu barədə Daily Mail nəşrinə istinadən Milli.Az məlumat yayıb.

Vulkanın zirvəsinin son 10 ayda 9 santimetr yüksəlməsi, yeraltı hərəkətliliyin göstəricisi kimi qiymətləndirilir. Alimlər bildirirlər ki, bu dəyişikliklər isti qazların və mayelərin toplanması, eləcə də maqmanın yer səthinə yaxınlaşması ilə bağlı ola bilər.

Elm adamları bu kimi vulkanlara "zombi vulkanlar" deyirlər. Bu termin əvvəllər sönmüş və ya qeyri-aktiv hesab edilən, lakin zəlzələlər, qaz emissiyaları və səth deformasiyası kimi aktivlik əlamətləri göstərən vulkanlar üçün istifadə olunur.

2024-cü il ərzində Taftan vulkanında tüstü və kül çıxışı da müşahidə olunub. Hazırda vulkan gündəlik olaraq təxminən 20 ton kükürd dioksidi, eləcə də hidrogen sulfid, hidrogen flüorid və su buxarı buraxır.

Məşhur vulkanoloq Pablo Qonzales bildirib ki, Taftanı artıq "sönmüş" deyil, "yatmış vulkan" kimi qiymətləndirmək lazımdır:

"Hazırda yeraltı təzyiq artmaqdadır. Bu, yaxın gələcəkdə zəif və ya əhəmiyyətli enerji buraxılmasına səbəb ola bilər. Lakin hələlik qaçılmaz püskürməyə dair konkret əlamətlər müşahidə olunmur", – deyə alim vurğulayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Taftan vulkanı

Digər Xəbərlər