Reklam resmi
Reklam resmi

Qəddafinin oğlunun girov müqabilində azadlığa buraxılmasına qərar verilib

Qəddafinin oğlunun girov müqabilində azadlığa buraxılmasına qərar verilib
Dünya

Livan məhkəməsi Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı onun vəkili jurnalistlərə açıqlayıb.

Vəkilin sözlərinə görə, qərar oktyabrın 17-də Ədliyyə Sarayında aparılan dindirmədən sonra istintaq orqanı tərəfindən qəbul edilib.

Xatırladaq ki, 50 yaşlı Hannibal Qəddafi 2015-ci ildən bəri Livanda həbsdə saxlanılır. O, Suriyada siyasi mühacirətdə olduğu vaxt Amal hərəkatının silahlıları tərəfindən oğurlanaraq Livanın hüquq-mühafizə orqanlarına təhvil verilmişdi.

2017-ci ildə Hannibal Qəddafi 1978-ci ildə Liviyada müəmmalı şəkildə yoxa çıxan şiə imamı Musa Sədrin taleyi ilə bağlı məlumatları gizlətməkdə ittiham olunub.

Hazırda onun azadlığa çıxması üçün hüquqi prosedurların yekunlaşdırılması gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Livan Müəmmər Qəddafi

Digər Xəbərlər