Moldova hava limanında partlayıcı aşkarlandı
Moldovanın paytaxtı Kişinyovdakı beynəlxalq hava limanında partlayıcı qurğu aşkarlanıb. Hadisə nəticəsində sərnişinlər və hava limanı heyəti dərhal təxliyə olunub.
Ajans.az xəbər verir ki,bu barədə yerli Index portalı məlumat yayıb.
Portalın hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yaydığı xəbərə görə, partlayıcı qurğu Kişinyovdan Milana uçmalı olan Albaniya vətəndaşının baqajına baxış zamanı aşkar edilib. Hadisədən sonra həmin şəxs qaçıb və hazırda polis tərəfindən axtarılır.
Kişinyov polisi hadisə ilə bağlı açıqlama yayıb:
"Bütün sərnişinlər və hava limanı əməkdaşları təxliyə edilib. Moldova Daxili İşlər Nazirliyinin bomba zərərsizləşdirilməsi üzrə mütəxəssisləri hazırda hadisə yerində fəaliyyət göstərir."
Hazırda insidentlə bağlı əlavə araşdırmalar aparılır. Təhlükəsizlik tədbirləri gücləndirilib.
Mövzular: