Reklam resmi
Reklam resmi

Suriyada Müdafiə Nazirliyinin avtobusunda partlayış

Suriyada Müdafiə Nazirliyinin avtobusunda partlayış
Dünya

Suriyanın şərqində Suriya Müdafiə Nazirliyinə məxsus avtobusda baş verən partlayış nəticəsində azı 4 əsgər həlak olub, bir neçəsi isə yaralanıb.

Ajans.az xəbər verir ki,bu barədə ölkənin neft naziri Məhəmməd əl-Bəşir sosial media platforması X-də məlumat verib.

Nazirin sözlərinə görə, əsgərlər neft obyektini mühafizə etmək üçün işə gedərkən hadisə baş verib.

Partlayış Deyr əz-Zor və Mayadin şəhərlərini birləşdirən yolda qeydə alınıb. Dövlətə məxsus “Əl-İxbariya” telekanalı insidentin cümə axşamı günü baş verdiyini təsdiqləyib.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu isə hücum nəticəsində 3 əsgərin öldüyünü, 9 əsgərin isə yaralandığını bildirib.

Hazırda partlayışın kim tərəfindən törədildiyi bilinmir. Hadisə ilə bağlı heç bir silahlı qrup məsuliyyəti üzərinə götürməyib.

Suriya hökuməti və yerli təhlükəsizlik orqanları insidentlə bağlı araşdırma aparır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Suriya Suriya Müdafiə Nazirliyi

Digər Xəbərlər