Reklam resmi
Reklam resmi

Dördqat olimpiya çempionu 25 yaşında karyerasını bitirib

Dördqat olimpiya çempionu 25 yaşında karyerasını bitirib
Dünya

Dördqat olimpiya çempionu, avstraliyalı üzgüçü Ariarn Titmus 25 yaşında karyerasını başa vurub.

Ajans.az xəbər verir ki, bu barədə o, şəxsi sosial şəbəkə hesablarında elan edib.

İdmançı daha əvvəl, 2023-cü ilin sentyabrında yumurtalığında yaranan şişin çıxarılması üçün əməliyyat keçirdiyini bildirmişdi. O, 2024-cü ildə Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarından sonra karyerasına fasilə vermişdi.

Qeyd edək ki, A.Titmus 8 olimpiya medalına (4 qızıl, 3 gümüş və 1 bürünc) sahibdir. O, 4 dəfə dünya çempionu titulunu qazanıb. Həmçinin 200 metr məsafəyə sərbəst üsulla üzməkdə dünya rekorduna sahibidir.

Mövzular:
İdman Olimpiya çempionu

Digər Xəbərlər