Reklam resmi
Reklam resmi

“Beauty Time” salonunda FACİƏ- “dodağım yandı, ağzımı aça bilmirəm”

“Beauty Time” salonunda FACİƏ- “dodağım yandı, ağzımı aça bilmirəm”
Cəmiyyət
401

Sosial şəbəkələrdə “Beauty Time” adlı gözəllik salonunda lazer epilyasiyası zamanı vətəndaşın dodaq hissəsindən yanıq xəsarətləri alması ilə bağlı məlumat yayılıb.

Ajans.az xəbər verir ki, faktla bağlı danışan zərərçəkən bildirib ki, “salon əməkdaşına 4 dəqiqəyə yaxın səs yazısı göndərmişəm . Müşdərilərə qarşı məsuliyyətsiz və soyuq münasibət mövcuddur. Dodağım sulandı, qızardı, pis günə düşdü. Evdə çay içə bilmirəm, ağzımı aça bilmirəm. Hətta mənə şər ataraq bildirdilər ki, biz sizə demişdik gəlin, silin, o kontrolu siz rədd etmisiniz.”

Eyni zamanda zərərçəkən qeyd edir ki, eyni salonda lazer prosedurundan zərər çəkən başqa şəxslər də var. Müştərilərdən biri iddia edir ki, “qolumda yanıq xəsarətləri yaranıb” və bu kimi digər şikayətlər də mövcuddur.

Məsələ ilə bağlı “Beauty Time” salonundan bildirilib ki, “xanıma məlumat verilib — pomadasını silsin. Amma müştəri bunu təkzib edir və bildirir ki, ona bu barədə heç bir təlimat verilməyib”.

Sözügedən məsələ ilə bağlı salonun rəhbəri Könül Həmzəyeva ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. O, cavab verməməyinin səbəbini səhhəti ilə əlaqələndirib. Hətta bu barədə sosial media hesabında paylaşım da edib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinədə sorğu ünvanlanıb. Nazirlikdən bildirildi ki, “tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə cavab verməyən gözəllik salonlarında tibbi-kosmetoloji fəaliyyətlərin həyata keçirilməsi birmənalı olaraq yolverilməzdir”.

“Lazer üsulu ilə epilyasiya prosesi tibbi kosmetologiyaya aiddir və onun icrası yalnız tibb təhsili olan mütəxəssislərə həvalə edilməlidir. Sadəcə kurslardan əldə olunan sertifikatla əhalinin həyat və sağlamlığını risk altına atmaq cinayət məsuliyyətinə səbəb olur. Tibbi kosmetoloji proseslərlə bağlı Səhiyyə Nazirliyinə vətəndaşlardan və yerli özünüidarəetmə orqanlarından fakta əsaslanan müraciətlər daxil olduqda, Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlamalar keçirilir. Fakt təsdiqini taparsa, sahibkarlıq subyektləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib edilir”. ( Mənbə: Baku TV)

Sözügüdən hadisə ilə bağlı “Beauty Time” salonunun rəhbəri Könül Həmzəyeva ilə əlaqə saxlamağa çalışsaqda zənglərimizə cavab verən olmadı.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Beauty Time Səhiyyə Nazirliyi

Digər Xəbərlər