Reklam resmi
Reklam resmi

Oğurluq edən dəstə üzvləri saxlanıldı

Oğurluq edən dəstə üzvləri saxlanıldı
Cəmiyyət

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ajans.az-a verilən məlumata görə, onlar mənzillərdən 13 000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.

Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Mövzular:
Oğurluq Daxili İşlər Nazirliyi

Digər Xəbərlər