Sabah bu ərazidə işıq olmayacaq
Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Ajans.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat veriib.
Bildirilir ki, payız-qış mövsümünə uyğun tədbirlər planına əsasən, xəttə toxunan ağacların kəsilməsi və xətt üzərində yerləşən KTM-lərin təmiri işləri ilə əlaqədar 35/10 kilovoltluq "Kərimbəyli" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sirab" hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.
Mövzular: