Banqladeşdə yanğında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB
Banqladeşin paytaxtı Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Ajans.az xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb.
Yanğın paytaxtın Rupnaqar rayonunda tikiş fabrikində və yaxınlıqdakı kimyəvi maddələr anbarında baş verib. Fövqəladə Hallar Xidmətinin ilkin məlumatlarına görə, yanğına güclü zəhərli qazın partlaması səbəb olub, ölüm hallarına da elə zəhərlənmələr səbəb olub.
Kimyəvi maddələr anbarındakı yanğın davam edir. Yanğınsöndürmə qrupları zəhərlənmə riskinə görə yanğın ocaqlarına çox da yaxınlaşa bilmir.
Mövzular: